Laricani: “Azərbaycana qarşı heç bir sübutumuz yoxdur”

Laricani: “Azərbaycana qarşı heç bir sübutumuz yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraillə İran arasında 12 günlük savaşın üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, bu ölkədəki bəzi dairələr hələ də Azərbaycanı ittiham etməkdən çəkinmirlər. Tribunainfo.az xəbər verir ki, anti-Azərbaycan qrupunun üzvləri ilə yanaşı, bəzi məmurlar da məsuliyyətsiz açıqlamalar verirlər.

Onlar iddia edirlər ki, guya, müharibə zamanı İsrail PUA-ları və hərbi təyyarələri Azərbaycan ərazisindən istifadə edib.

Qeyd edək ki, bu sərsəmləmələrin ardından ilk təkzib elə İran prezidenti Məsud Pezeşkiandan gəlmişdi. Zəncanda yerli sakinlərlə görüşü zamanı Pezeşkian bəyan eləmişdi ki, İsrailin Azərbaycan ərazisindən istifadə edərək, İran şəhərlərini vurmasına dair iddialar yalandır.

Analji bəyanatla dünən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də çıxış edib. O mediaya açıqlamasında bildirib ki, indiyədək İsraillə 12 günlük müharibədə Azərbaycanın əməkdaşlıq etdiyinə dair heç bir sübutuları olmayıb. “Azərbaycan hökuməti özü açıq-aydın deyir ki, belə bir şey olmayıb və bizim hələ masaya qoymaq üçün heç bir sübutumuz yoxdur. Qeyd edək ki, Azərbaycan müsəlman qonşu ölkədir və mədəni əlaqələr baxımından bizə çox yaxındır və dostumuzdur”.

Fərda Uğur