Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov 2011-2012-ci illərdə Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, anti-Azərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Belarus hökuməti tərəfindən saxlanılaraq Azərbaycana ekstradisiya edilməsinə görə ölkə başçısına təşəkkür edib.

B.Səfərov Publika.az-a deyib ki, Aleksandr Lapşinin Bakıya gətirilməsi Azərbaycan və Belarus Prezidentlərinin yüksək şəxsi dostluğu sayəsində mümkün olub:
“Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya edilməsi ilə bağlı möhtərəm Prezidentimizin qəti mövqeyi və atdığı addımlar hər kəs tərəfindən alqışlanır. Bütün Qarabağ camaatı adından cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsinin digər ən böyük əhəmiyyəti odur ki, o, ölkəmizdəki reallığı öz gözləri ilə görəcək. Ən azından o Azərbaycana iftira atdığına görə xəcalət çəkəcək”.
İcma rəhbəri qeyd edib ki, Azərbaycan haqqında iftira yayan və Qarabağa qanunsuz səfərlər edən adamlarının hamısının aqibəti belə olmalıdır:
“Bu, digər şəxslərə də böyük dərs olacaq. Yəqin ki, bundan sonra heç kəs Azərbaycanın icazəsi olmadan Qarabağa səfər etməyə risk etməz. Mən həmin insanlara müraciət edirəm ki, onlar erməni yalanlarına və məkrlərinə aldanmasınlar, satılmasınlar. Yoxsa, onların da aqibəti belə ola bilər”.