Lapşin məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Belarusda həbs edilərək Azərbaycana ekstradisiya edilən, dövlət sərhədini qanunsuz pozmaqda təqsirləndirilən bloqer Alenksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

TİA.AZ-ın verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə ilkin hazırlıq iclası baş tutub.

İclasda A.Lapşinin anket məlumatları dəqiqləşdirilib. Hazırda hakimlər kollegiyası müşavirədədir.

Lapşinin vəkili heç bir vəsatət verməyib. Hakimlər cinayət işinin məhkəmə baxışına verilib-verilməməsi ilə bağlı qərar vermək üçün müşavirəyə çıxıblar.

Müşavirədən qayıdan hakimlər qərarı açıqlayıblar. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Məhkəmə prosesi iyunun 30-da davam etdiriləcək.