Lapşin ifadə verməkdən imtina etdi – Məhkəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqqer Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqqer Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda məhkəmə baxışına başlanıb. Dövlət ittihamçısı ittiham aktını oxuyub. İttiham aktına münasibət bildirən A. Lapşin özünü təqsirli bilməyib. O, ifadə verməkdən imtina edib və sualları cavablandırıb. Daha sonra iclasda şahidlər ifadə veriblər. Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək. Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib. A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.