backend

Lapşin bu şərtlə əfv edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusdan Azərbaycana ekstradisiya edilən bloger Aleksandr Lapşin üzr istəyəcəyi halda Azərbaycan prezidentinin fərmanı ilə əfv edilə və azadlığa buraxıla bilər. 

Belarusdan Azərbaycana ekstradisiya edilən bloger Aleksandr Lapşin üzr istəyəcəyi halda Azərbaycan prezidentinin fərmanı ilə əfv edilə və azadlığa buraxıla bilər.

TİA.AZ xəbər verir ki, bu haqda vəziyyətlə tanış olan mənbə “İnterfaks”a bildirib.

Həmsöhbətin sözlərinə görə, blogerin sonrakı taleyi haqqında çoxtərəfli danışıqların gedişatında üzrdən sonra onun əfvi variantına da baxılırdı.

O qeyd edib ki, Minskdə tutulmasından dərhal sonra Rusiya və İsrail nümayəndələri Lapşinin azad edilməsi üçün danışıqlar aparırdı.

“Belarus tərəfi prinsipiallıq göstərdi və Lapşının ekstradisiyası üçün birmənalı rəyini bildirdi. Mümkündür ki, onun Azərbaycana verilməsinin şərtlərindən biri kimi üzrdən sonra əfv edilməsi də var idi”, – deyə mənbə bildirib.

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloger Aleksandr Lapşin ötən gecə Belarusdan Azərbaycana gətirilib. O, 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A.Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A.Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A.Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib. Ali məhkəmə şikayəti təmin etməyib.