Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı növbəti dəfə hüquqazidd əməllərin qarşısı alınıb. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzində Bakı şəhər sakini Anar Babayevə məxsus “Land Rover” markalı avtomobilə texniki baxış keçirilərkən ilk tibbi yardım qutusunda olan dərman vasitələrinin arasında xüsusi qablaşdırılmış narkotik maddə aşkarlanıb.
Faktla bağlı ərazi polis orqanı məlumatlandırılıb və zəruri prosesual hərəkətlər aparılmaqla sürücü A.Babayev avtomobillə birlikdə aidiyyatı üzrə təhvil verilib.