“Masallı Rafiq” qulağının qisasını aldı – Tbilisidəki qətlin təfərrüatı
“Masallı Rafiq” qulağının qisasını aldı – Tbilisidəki qətlin təfərrüatı
Gürcüstanda qətlə yetirilən azərbaycanlı avtoritet Elşən Məmmədovun görüntüləri yayılıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisənin bəzi təfərrüatları üzə çıxıb. Araşdırmalar zamanı aydın olub ki, E.Məmmədov restoranda İlham Haciyev adlı şəxslə və “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) bir neçə yaxın adamı ilə yemək yeyib. Şahidlərin sözlərinə görə, hər kəs masa arxasında oturduğu zaman gözlənilmədən Elşən yerindən qalxıb maşınına gedib və həmin an atəş səsləri eşidilib. “Toyota Land Cruiser”də cəsədi tapılan 42 yaşlı Elşənin başından 3 güllə yarası aldığı məlum olub.
Onu da bildirək ki, şübhəli qismində əvvəllər məhkumluğu olmayan 20 yaşlı oğlan saxlanılıb. Araşdırmalara zamanı gəncin Gürcüstana 2 gün əvvəl giriş etdiyi, lakin cinayətlə əlaqəsi olmadığı aydın olub.
Qeyd edilir ki, öldürülən şəxs Lotu Qulinin ən amansız “cəllad”larından olub. Rafiq Masallinski kimi tanınan Rafiq Eyvazovu restorana qonaqlığa dəvət edib, daha sonra sol qulağını kəsərək görüntülərini videoya çəkib yayımlayan da məhz Elşən Məmmədov olub.
Baş verən qətl Rafiqin qisası kimi dəyərləndirilir.
Rafiq Eyvazov Rövşən Lənkəranskinin məzarı başında. 2017-ci il.