Lamiyə Vəliyeva bayraqdar oldubackend

Lamiyə Vəliyeva bayraqdar oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov məlumat verib.
Onun sözlərinə görə, tədbirdə bayraqları parataekvandoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva daşıyacaqlar.
Komitə rəsmisi idmançıların daim qayğı hiss etdiklərini diqqətə çatdırıb: “Ötən il Azərbaycan Prezidenti tərəfindən paralimpiya çempionları üçün təqaüd təyin edilib. Qarşıda bizi paralimpiada gözləyir. 7 növdə 19 idmançı ilə təmsil olunacağıq”.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.