Laçın rayonunun Minkənd kəndindən yeni görüntülər yayılıb. Tribunainfo.az xəbər verir ki, görüntülərdən işğal dövründə kəndin ermənilər tərəfindən tamamilə dağıdıldığı aydın olur.Qeyd edək ki, Minkənd Laçının ən böyük kəndidir. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 10 noyabr 2020-ci il tarixli Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli bəyannaməsinə əsasən, 1 dekabr 2020-ci ildə işğaldan azad olunub. Minkəddən çəkilən yeni görüntüləri təqdim edirik: