Laçında traktor dərəyə aşıb – Ölən var

Laçında traktor dərəyə aşıb – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçında traktor dərəyə aşıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Laçın rayonu, Soyuqbulaq kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
“Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “XCMG” markalı traktor dərəyə aşıb, 1 nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, – məlumatda deyilir.