Laçında insanları pulsuz işlədən hansı şirkətdir? – Videobackend

Laçında insanları pulsuz işlədən hansı şirkətdir? – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçındakı tikinti layihələrinə işçi qüvvəsi kimi cəlb edilən şəxslərdən bir neçəsi 1 ay işlədilmələrinə baxmayaraq pullarını ala bilməmələrindən şikayətçidirlər.

Tribunainfo.az xəbər verir ki, şikayətçilərdən Vidadi Zeynalov “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinə onların adının portala salındığını və bank kartı vədi verildiyini deyib:
“Yəni maaşımız 45-50 AZN arası tənzimlənəcəkdi. Laçına gəldiyimiz ikinci gün dedim ki, biz müqaviləyə qol çəkməliyik axı. Çingiz adlı şəxs mənə dedi ki, burda “oformit” eləmirlər. Dedim bəs kart necə olacaq? Dedi ki, şirkət onun şəxsi kartına vuracaq, o da bizim pullarımızı paylayacaq. Mən belə başa düşdüm ki, bunlar dövlətdən oğurluq edirlər. Vergidən yayınmaq üçün bu variantı işlətdilər”.

İşçilərin briqadir kimi təqdim etdikləri Çingiz Qasımov Vidadi Zeynalov və başqalarını Laçına apardığını təsdiqləyib və əlavə edib ki, nə baş verdiyindən xəbərsizdir və heç kimi aldatmayıb.
V.Zeynalov şirkətin adını soruşduqda, ona “Laçın Abadlıq” şirkətində işləyəcəyi deyilib.
Daha ətraflı: