Bərdədə intihar olub.
Bərdədə intihar olub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Məmmədli kəndində Laçınrayonundan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Məmmədov Canəli Sultanəli oğlu üzərinə benzin tökərək özünü yandırıb. C. Məmmədov aldığı yanıq xəsarətindən hadisə yerində ölüb.
S. Məmmədovun ruhi xəstə olduğu bildirilir. Məmmədli kənd bələdiyyəsinin sədri Pərviz Tağıyev APA-ya bildirib ki, mərhumun ailəsi Bərdə rayonun Qara Təpə kəndində məskunlaşıb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.