Aparıcı Lalə Azərtaş Laçında olub. Axşam.az xəbər verir ki, aparıcı şəhərdə lentə aldığı görüntüləri paylaşaraq belə şərh edib:
“Can Laçındayam! Laçın özünün laçın vaxtlarını yaşayır. Laçın Allahın bizə lütfüdür. Laçın gözlərə və ruha dərmandır. Laçın ecazkar gözəlliyin təntənəsidir. Laçın ən gözəl rəsm əsəridir. Laçın və laçınlılar gözümüz aydın. Hər zaman Laçında. Sizi sevirəm. Laçın Azərbaycandır! Laçın Qarabağdır! Qarabağ Azərbaycandır! Allah şəhidlərimizə rəhmət eləsin, ordu və Ali Baş Komandanını qorusun”.Lalə 30 ildən sonra doğma yurdlarına qayıdan ailələrlə görüşüb, evlərində qonaq olub
.