Laçın Abadlıq Xidmətinin rəhbəri ilə bağlı ittihamlar varbackend

Laçın Abadlıq Xidmətinin rəhbəri ilə bağlı ittihamlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddətdir istər sosial şəbəkələrdə, istərsə də mediada Laçında inşa edilmiş yeni evlərin keyfiyyətsizliyi barədə çeidli məlumatlar yayılır. Tribunainfo.az xəbər verir ki, Laçın şəhəri və Zabux qəsəbəsində mənzillərdə problemlərin baş verməsi videogörüntülər vasitəsi ilə də ictimailəşdirilib.
Qeyd edək ki, rəsmi qurumlar bununla bağlı hələlik hər hansı açıqlama verməyiblər. Lakin bilinən odur ki, Laçında tikinti və təmir işlərini “Bakı Abadlıq Xidməti” MMC həyata keçirib. Sakinlər isə redaksiyamıza göndərdikləri şikayət məktubunda MMC-nin direktor müavini, “Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədovu günahkar bilirlər.
Onlar yazırlar ki, Nəsimi Əsədov Llaçında tikinti işlərinə başlayandan öz mal-mülkünün sayını artırmağa başlayıb. Belə ki, onun hətta özünə bahalı “Lexus” markalı maşın aldığını da iddia edirlər.
Bundan başqa, sözügedən şəxsin Ceyranbatan qəsəbəsində dəyəri bir neçə milyon manat olan qoşa villalar inşa etdiyi də deyilir. O da bildirilir ki, Nəsimi Əsədov villalarını böyük ərazilərdə tikib, içində isə iri hovuzlar yaradıb və meyvə bağlaı salıb.
Bundan başqa, o da deyilir ki, Əsədovun falçılar, ekstrasenslərlə də arası yaxşıdır. Hətta davamlı olaraq onların “xidmət”lərindən də istifadə edir.
Şikayətçilər deyir ki, Nəsimi Əsədov bütün yaxın qohumlarını ətrafına yığaraq onları Laçında mühüm vəzifələrə, önəmli postlara təyin etdirib. “Sürücüsündən tutmuş köməkçilərinə, rayon idarə rəhbərlərinə qədər bütün şəxslər Nəsimi Əsədovun qohumlarından ibarətdir. Sinif yoldaşları da Nəsimi Əsədovun səxavətindən yararlanan şəxslər siyahısındadır. Onların da bir çoxu məhz Əsədovun dəstəyi ilə müxtəlif vəzifələrə təyinat alıb”.
Maraqlı məqamlardan biri də odur ki, “Laçın Abadlıq Xidməti” MMC-nin rəhbəri heç bir ali təhsili olmayan qardaşı Rauf Əsədovu Laçın İşıq İdarəsinə müdir təyin etdirib.
Qeyd edək ki, bunlar redaksiyamıza ünvanlanmış şikayət məktubundandır. Bununla əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.