Rusiya Federasiyası öz vətəndaşlarının taleyi ilə bağlı verilən qərarlarda ikili standartlara yol verir.
Rusiya Federasiyası öz vətəndaşlarının taleyi ilə bağlı verilən qərarlarda ikili standartlara yol verir.
Bu sözləri rusiyalı mütəxəssis və politoloq Oleq Kuznetsov Axar.az-ın Lapşinin hüquqlarının müdafiə olunduğu halda Rusiyanın Dilqəm Əsgərova sahib çıxmaması ilə bağlı sualını cavablandırarkən deyib:
“Hadisələrin nə səbəbdən ikili standartlarla baş verdiyini tam dəqiqliyi ilə demək çətindir. Dilqəm Əsgərovun da Rusiya Federasiyası vətəndaşı olduğu faktı ilə yanaşı, onun hər hansı bir günah işlədiyi, cinayətə yol verdiyi belə sual altındadır. Rusiya tərəfi cinayətkarın hüquqlarını müdafiə etdiyi halda hələ bir günahının olduğu sübuta yetirilməyən vətəndaşını qorumur”.
Rusiyalı ekspert həmçinin qeyd edib ki, Lapşinin işi qaldırılıbsa, Əsgərovun da işinə baxmaq lazımdır.