Küveytdə 7 nəfər edam edilib.
TİA.AZ xəbər verir ki, bu barədə informasiyanı KUNA dövlət agentliyi yayıb. Edam olunanlar arasında şahzadə Faysal Abdulla əl-Caber əl-Sabah da olub. O, qətldə və qanunsuz silah saxlamaqda ittiham edilib.
Şahzadə ilə yanaşı edam olunanlar sırasında Filippin, Misir, Banqladeş və Efiopiya vətəndaşları da var.