Küveyt Əmiri Azərbaycan liderini təbrik edib

Küveyt Əmiri Azərbaycan liderini təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Tribunainfo.az  xəbər verir ki, məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Uca Allahdan Zati-alinizə cansağlığı, uzun ömür, dost ölkənizə və xalqınıza davamlı inkişaf, tərəqqi, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq diləyirəm.

 

Bayramınız mübarək!”