Məşhur aktyor, Karen Şahnazarovun “Kuryer” filminin ulduzu Fyodor Dunayevski ciddi çətinliklərlə üzləşib.
Tribunainfo.az xəbər verir ki, bu barədə sənətçinin özü Lera Kudryavtsevanın şousunda danışıb.
O, rejissorun filmindəki uğurdan sonra karyerasının nəticə vermədiyini etiraf edib. Dunayevskinin dediyinə görə, o, çox gənc yaşlarında filmdə rol alıb və sonradan aktyor olmağı planlaşdırıb, lakin bu alınmayıb.
Aktyorun dediyinə görə, o, 17 il evli olub, lakin arvadının xəyanətinə görə ayrılıb – qadını ondan ayrı yaşamasını istəyib. Dunayevski etiraf edib ki, o, öz mənzilini həyat yoldaşının adına rəsmiləşdirdiyi üçün evinə qayıtmayıb.
“Deməli, indi evsizsən?” – Kudryavtseva ondan soruşdqda aktyor bunu təsdiq edib.
Əlavə edib ki, uşaq üçün aliment də ödəməlidir, lakin onun “maaşı azdır”. Keçmiş arvadı isə “övladlarını ona qarşı yönəldir və indi varislər onunla ünsiyyət qurmaq istəmirlər”, – aktyor deyib. Onun sözlərinə görə, qızı onu telefonunda bloklayıb. Sənətçi qeyd edib ki, o, məhkəməyə müraciət edib və həyat yoldaşı ilə mənzilə görə dava açıb. Eyni zamanda, Dunayevskinin yaşamaq üçün yeri var – o, müvəqqəti olaraq qoca atasının mənzilində yaşayır. Sənətçinin İsrail vətəndaşlığı da var.
Fyodor Dunayevski 14 iyun 1969-cu ildə Moskvada anadan olub. O, bir neçə məşhur filmdə, o cümlədən Karen Şahnazarovun “Kuryer” filmində, həmçinin Eldar Ryazanovun “Əziz Yelena Sergeevna” və “Vəd edilmiş cənnət” filmlərində rol alıb.