Rusiya ordusu Kursk vilayətinin strateji əhəmiyyət daşıyan Qornal kəndini ələ keçirmək üçün hücuma keçib.
Tribunainfo.az xəbər verir ki, dünən gecədən başlayan hücumlardan sonra rus ordusu tələyə düşüb.
Belə ki, Ukrayna ordusu kəndin yaxınlığında ruslara pusqu qurub. Böyük itki verən ruslar geri çəkilməli olub.
TASS Agentliyinin yazdığına görə, Rusiya Müdafiə Nazirliyi nəyin bahasına olurs olsun kəndin Ukrayna ordusundan geri alınmasını əmr edib. Səbəb Qornal kəndinin mühüm strateji əhəmiyyətə malik olması və Belqorod vilayətinin müdafiəsi üçün əsas halqa olmasıdır.
Fərda Uğur