Ukrayna ordusu dünən keçirdiyi hərbvi əmliyyat nəticəsində Kurskda daha iki yaşayış məntəqəsinə nəzarəti bərpa edib. Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelinski açıqlama yayıb.
O bildirib ki, Ukrayna quru qoşunları bununla kifayətlənməyərək, daha iki yaşayış məntəqəsi uğurunda döyüşləri tamamlamaq üzrədir. “Tezliklə onlar da ordumuzun nəzarətinə keçəcək”.
Xatırladaq ki, Rusiya tərəfi dünən açıqlama yayaraq, Kursk vilayətindən indiyə qədər 340 min insanın qaçqın düşdüyünü bildirib.