Kursk əməliyyatında məqsədlərdən biri də mümkün qədər çox əsir götürüb, onları Rusiya əsirliyindəki Ukrayna əsgərləri, xüsusən çox qiymətli hərbi kadr olan “Azov”çularla dəyişməkdir.
Tribunainfo.az xəbər verir ki, bu fikrilərlə syasi analitik Şahin Cəfərli çıxış edib. O bildirib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) “Alfa” qrupunun Kursk ərazisində dünən keçirdiyi əməliyyat nəticəsində bir nöqtədə 102 Rusiya əsgəri əsir götürülüb:
“Görünən odur ki, bu əməliyyatın məqsədi həm də mümkün qədər çox əsir götürə bilməkdir. Hətta Ukrayna Kurskdan çəkilməli olsa belə, sırf bu baxımdan əməliyyat uğurlu alınıb. Əsir düşən Rusiya əsgərlərinin sayının 2 mindən çox olduğu iddia edilir”.
Nigar