Ukrayna Silahlı Qüvvələrinin hava hücumu qoşunları Rusiya Federasiyasının Kursk vilayətində keçirilən əməliyyatın ilk saatlarının görüntülərini paylaşıb.
Tribunainfo.az xəbər verir ki, bu haqda Ukrayna Hava Hücum Qoşunlarının mətbuat xidməti məlumat yayıb.
“Minalardan təmizləmə, sərhədi yarmaq, düşmənin müdafiə xəttini məhv etmək, aviasiya, artilleriya, əsirlər.
6 avqust 2024-cü il tarixində Rusiya Federasiyasının Kursk vilayətində Müdafiə Qüvvələrinin hücum əməliyyatının ilk saatları. Rusiya-Ukrayna müharibəsi tarixinə düşəcək bir gün”, – məlumatda qeyd edilir.
Paraşütçülər qeyd edirlər ki, əməliyyatın ilkin mərhələsində ehtiyatlı hazırlıq, planlaşdırma, sürpriz, ruh yüksəkliyi və informasiya sükutu həlledici olub.
HHQ-dən bildirilir ki, indi hər şey əməliyyatda iştirak edən ordunun bütün qollarında Ukrayna əsgərinin səbatlılığından asılıdır.
Xatırladaq ki, açıq mənbələrdən məlum olduğu kimi, Kursk əməliyyatının nüvəsini Ukrayna Silahlı Qüvvələrinin Hava Hücum Qoşunlarının iki briqadası təşkil edib – əfsanəvi və güclü Lvov 80-ci və ötən il yaradılmış Çernivtsi 82-ci. Əməliyyatın ikinci həftəsində onlara daha az təcrübəli 95-ci HHQ briqadasının bir hissəsi qoşulub.