“Kurort naziri” vəzifəsindən kənarlaşdırıldı

“Kurort naziri” vəzifəsindən kənarlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyində olan “Kurort” Qapalı Səhmdar Cəmiyyəti və “Turizm və Ekskursiyalar” Şurası birləşdirilib, qurumların bazasında Kurort-Turizm Mərkəzi yaradılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Mərkəzə nəzarəti konfederasiya sədrinin müşaviri Elkiyar Ziyadov edir. Hazırda Mərkəzin fəaliyyəti daha da çevikləşib.

Qeyd: “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri AHİK-nın sədr müavini Əbil Ağasiyev idi. Qurumun balansına “Abşeron” mədə-bağırsaq, “Bilgəh” kardioloji, “Qaranquş” uroloji, “Günəşli” nevroloji, “Şıx”, “Naftalan”, “Pirşağı”, “Xəzər”, “Şəki İstirahət Mərkəzi”, “Hacıkənd” İstirahət Evi, “Avtonəqliyyat” müəssisəsi, “Azərbkurorttikintitəmir” Birliyi, “Azərkurortlayihə”, Azərbminsugeokaptaj” respublika ekspedisiyası, “Kurort” Səhmdar Cəmiyyətinin Təchizat Birliyi və “Miras” Məhdud Məsuliyyətli Cəmiyyəti daxildir. Ona görə də Ə.Ağasiyev mətbuatda “kurort naziri” adlandırılmışdı. O, 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra “Naftalan” Kurort Birliyində həkim və şöbə müdiri vəzifələrində işləyib, 1986-cı il tarixdən “Qaranquş” sanatoriyasında şöbə müdiri, 1987-ci ildən isə baş həkim vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayında “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti seçilib.