backend

Kürəkən general qayınatasının “Gelandewagen”inin təkərlərini deşdi – Bakıda bu da oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bahalı maşınların təkərlərinin deşilməsi ilə bağlı hadisə baş verib.

 

Bakıda bahalı maşınların təkərlərinin deşilməsi ilə bağlı hadisə baş verib.

TİA.AZ “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda maşınların sahibi Etibar Hüseynov adlı şəxs polisə müraciət edib. O bildirib ki, ötən gün günorta saatlarında qızının həyat yoldaşı, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Abdiyev Kamran Lətif oğlu ona məxsus olan Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olub. Bu zaman o idarə etdiyi “Hundai” markalı maşınla həyətin darvazasını qırıb. Daha sonra həyətdəki E. Hüseynova məxsus olan 90 FH 018 nömrəli BMW, 90 FG 494 nömrəli “Toyota” və 90 VX 949 nömrəli “Mercedess Galendevagen” markalı maşınların təkərlərini bıçaqla deşib.

Xəbərdə bildirilir ki, hadisəyə ailədaxili münaqişə səbəb olub. Belə ki, E. Hüseynovun qızı boşanmaq istəsə də həyat yoldaşı buna razı olmayıb və bu hadisəni törədib. 

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E. Hüseynov  general-mayor rütbəsinə sahibdir və hüquq – mühafizə orqanlarında yüksək vəzifə tutub. Eyni zamanda, o, Azərbaycanın keçmiş hərbi komissarı, Milli Məclisin deputatı, general-leytenant Əliağa Hüseynovun əmisi oğludur.

E. Hüseynovun qızı hazırda insident yaşadığı kürəkəni ilə ötən il ailə qurub.