Dünən İraqın şimalındakı kürd muxtar bölgəsində keçirilən müstəqillik referendumunun ilkin nəticələri açıqlanıb.
Dünən İraqın şimalındakı kürd muxtar bölgəsində keçirilən müstəqillik referendumunun ilkin nəticələri açıqlanıb.
TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, referendumda seçici fəallığı 78 faiz olub.
Əldə edilən məlumatlara əsasən, 227 min 858 seçici bülleteni sayılıb.
Nəticələr göstərir ki, kürd seçicilərin 93.7 faizi referenduma “hə” deyib. Seçicilərin cəmi 6.3 faiz müstəqilliyə qarşı səs verib.