Aprelin 12-də Kür çayında batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Süleymanovun meyitinin tapılmasının təfərrüatları məlum olub.
Qoruqbağı kənd sakini Qaynarinfo-ya verdiyi məlumata görə, Vaqif Süleymanovun cəsədi suyun üzündə görünüb:
“Kənd sakinləri neçə gündür çayın kənarında idi. Vaqifin meyiti suyun üzünə qalxan anda görünüb. Aidiyyatı qurumlar meyiti sudan çıxarıb. Vaiqf artıq dəfn edilib”.
Rauf Qarayevin sözlərinə görə, hazırda kənd sakinləri Kür çayının kənarındadır:
“Ümid edirik ki, uşağın da meyiti bu saatlarda suyun üzərinə qalxacaq. Çox dəhşətli bir mənzərədir”.
Qeyd edək ki, aprelin 12-də Zərdab rayon sakini Vaiqf Süleymanov və onun 6 yaşlı qızı Səma Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batıb. 6 yaşlı qızının axtarışları davam edir.