Kürd dövlətinin yaranması qaçılmazdır – ABŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqda kürdlərin müstəqilliyi qaçılmazdır. 

İraqda kürdlərin müstəqilliyi qaçılmazdır.

TİA.AZ xəbər verir ki, bunu Konqresdə çıxışı zamanı ABŞ Kəşfiyyat Təşkilatının rəhbəri general Vinsent Stüart söyləyib.

“İŞİD Mosulda məğlub olduqdan sonra İraq hökuməti üçün ən böyük təhdid hökumətdəki şiələrlə ölkənin qərbindəki sünnilər və kürdlər arasında fikir ayrılığını necə ortadan qaldırmaq olacaq. Hökumət üçün digər təhdid isə Kərkükdəki neft yataqlarına sahiblik məsələsidir. Hazırda əsas məsələ kürdlərin müstəqil dövlət yaratması yox, bunun nə qədər erkən olacağıdır”, – deyə o bildirib.