KUPYANSKDA AĞIR DÖYÜŞLƏR GEDİR – SAKİNLƏR TƏXLİYƏ EDİLİR

KUPYANSKDA AĞIR DÖYÜŞLƏR GEDİR – SAKİNLƏR TƏXLİYƏ EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna qüvvələrinin ölkənin cənub istiqamətindəki əks-hücumuna cavab olaraq Rusiya qüvvələri Ukraynanın şimal-şərqindəki Kupyansk şəhərinə hücum edib.

Tribunainfo.az xəbər verir ki, Ukrayna mətbuatı xəbər verir ki, yerli hakimiyyət orqanları və könüllülər mülki insanları təxliyə edirlər.

Qeyd olunur ki, şəhərdə vəziyyət getdikcə daha təhlükəli xarakter alır. Təxminən 5 kilometr aralıda yerləşmiş Rusiya qüvvələri şəhəri tutmaq məqsədi ilə Kupyanska hücum edir.

Ukrayna hərbçilərinin sözlərinə görə, şəhər dəmir yolu qovşağı olduğu üçün strateji əhəmiyyət kəsb edir və qarşıda şiddətli döyüşlər gedir.

Xatırladaq ki, Kupyansk 7 ay rusların nəzarətində olsa da, ötən ilin sentyabrında Ukrayna silahlı qüvvələri onu azad etməyə müvəffəq olub.