Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə olunacağı barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsindən TİA.AZ-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Suraxanı rayon Qaraçuxur qəsəbəsi Cəlal Qasımov küçəsində Azərbaycan Respublikası vətəndaşı Qurbanov Elvin Əfrasiyab oğlunun idarə etdiyi “OKA SeAZ-11116” markalı, 24 BE 054 dövlət qeydiyyat nişanlı minik avtomobili saxlanılaraq nəqliyyat vasitəsinə baxış keçirilib.
Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan külli miqdarda xarici markalı siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.