KÜLƏKLİ HAVALARIN SƏBƏB OLDUĞU XƏSTƏLİK… QULAQ AĞRISINDAN NECƏ XİLAS OLAQ?

KÜLƏKLİ HAVALARIN SƏBƏB OLDUĞU XƏSTƏLİK… QULAQ AĞRISINDAN NECƏ XİLAS OLAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havaların getdikcə sərinləşməsiylə böyüklərdə və xüsusilə uşaqlarda soyuqdəymə, boğaz, qulaq ağrısı kimi şikayətlər də artır. Xüsusilə küləkli havalarda həkimlər qulaqları isti saxlamağı məsləhət görür. Çünki soyuqdəymədən, küləkdən sonra qulaq ağrısı uşaqlarda və yeniyetmələrdə tez-tez baş verən bir haldır. Evdə olan təbii məhsullarla bu ağrılardan xilas ola bilərsiniz.

Tribunainfo.az yazır ki, qulaqda ağrı başladığı vaxt ediləcək bəzi tədbirlərlə qulaq ağrısını yüngülləşdirə və yaxud bu ağrını aradan qaldırmaq mümkündür.

-İstilik tətbiq edin

Qulaqlarınızda ağrı başladığı vaxt istilik tətbiq etsəniz qulaq ağrınız azalar. Bunun üçün bir miqdar duzu qaz sobasının üstündə isidin və parçaya büküb qulağınıza qoyun və gözləyin. Bunu qaynar vəziyyətdə etməyin. Bununla bərabər bir dəsmalı isti suyun içinə batıraraq yaxşıca sıxın və qulağınıza qoyun. Bu proseslər qulağın yaxşılaşmasına kömək edəcək.

Zeytun yağı

Zeytun yağını bir tavanın içində çox isti olmayacaq şəkildə qızdırın və qulağınıza damcıladın. Bu proses qulaq ağrısının azalmasına və qulağın boşalmasına kömək edəcək.

Sarımsaq

Sarımsaq suyu da qulaq ağrılarını aradan aparır. Bunun üçün qulağınıza bir iki damla sarımsaq suyu damcıladın.

Soğan

Bir soğanı götürün və əzin. Əzilən soğanı təmiz bir bezin içinə qoyaraq, qulağınızın üstünə yerləşdirin. Bu proses qulaq ağrısını azaldır.