Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Göyçay, Zərdab və Ağdaşda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.