Külək, yağış, ağac yarpaqlarının səsi ilə yatmaq ürək ritminə müsbət təsir edirmiş.
Tribunainfo.az xəbər verir ki, aparılan araşdırma zamanı bu qənaətə gəlinib. “Çəhrayı səs” adı verilən bu səslər xüsusilə dərin yuxu zamanı ürəyin sağlamlığına böyük təsir göstərir. Arşdırma 3 gecə 30-57 yaşlı 18 sağlam kişi üzərində aparılıb. Araşdırmanı aparan elm adamları müşahidə edib ki, bu səslərin sədası ilə yuxuya gedərkən və dərin yuxuda olan zaman beyin dalğaları ürəyin ritminin funksiyalarını yaxşılaşdırır.