Külək Mehdiabadda fəsadlar törətdi: 3 binanın dam örtüyü dağıldı, xəsarət alan var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunun Mehdiabad qəsəbəsində güclü külək fəsadlar törədib.

TİA.AZ xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Mеhdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Bayram İbrahimov deyib.

İcra nümayəndəsi bildirib ki, güclü külək qəsəbə ərazisindəki məcburi köçkünlər üçün inşa edilən “Gənclər şəhərciyi”ndə 3 yaşayış binasının dam örtüyünü aşırıb:

“Külək binalardan birinin dam örtüyünü tam, ikisinin dam örtüyünün isə yarısını aşırıb. Hadisə nəticəsində bir nəfər, 30 yaşlı sakin xəsarət alıb”.

Küləyin Mehdiabaddakı qaçqın şəhərciyinə və məcburi köçkünlərə vurduğu ziyan müəyyənləşdirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayonu, Mehdiabad qəsəbəsində məcburi köçkünlərin yaşadığı şəhərcikdə baş verən hadisə barədə məlumat verib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, bu gün əsən güclü külək Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlərin yaşadığı “Qarant” şəhərciyindəki 7 mərtəbəli 4 binanın dam örtüyünü aşırıb:

“Binalardan birinin dam örtüyü tamamilə, digərlərinki qismən dağılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin göstərişi ilə Komitənin Tikinti-təmir və kommunal xidmətlər şöbəsinin, Mənzil İstimar Departamentinin, Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin rəhbərləri və məsul əməkdaşları dərhal hadisə baş verən şəhərciyə gəliblər”.

Məlumtda qeyd edilir ki, hazırda hadisə yerinə cəlb edilmiş təmir-tikinti briqadaları dam örtüklərinin qopmuş konstruksiyalarının şəhərciyin ərazisindən təmizlənməsi və binaların damındakı vəziyyətin araşdırılması ilə məşğuldur:

“Komitənin məsul əməkdaşları şəhərciyə və məcburi köçkünlərə dəymiş ziyanı müəyyənləşdirirlər”.

Məlumatda qeyd olunur ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması binalarının dam örtüyünün bərpası işləri tam başa çatanadək Dövlət Komitəsinin nəzarətində saxlanacaq.

Hazırda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də hadisə yerindədirlər.
Abşeron rayonunun Mehdiabad qəsəbəsində güclü külək fəsadlar törədib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Mеhdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Bayram İbrahimov deyib.