“NATO ölkələrinin liderləri Ukraynanın Alyansa daxil olması üçün açıq-aydın dəvət səsləndirməyiblər”.
Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Şimali Atlantika Müqaviləsi Təşkilatının sammitinin hansı nəticələrinin ona uyğun gəlmədiyini deyib.
Nazir NATO-nun iyulun 11-12-də Vilnüsdə keçirilən sammitinin nəticələrindən ümumiyyətlə razı qalmadığını, onu qane etmədiyi bəzi məqamların olduğunu deyib.
“Məni yalnız bir məqam qane etmir – sammit kommünikesinin mətnində Ukraynanı üzvlüyə dəvət etdiyimiz və ya sabah Ukraynanı şərti olaraq üzvlüyə dəvət edəcəyimiz barədə aydın sözlər yoxdur”, – Kuleba bildirib.
Eyni zamanda diplomat qeyd edib ki, bu sammitdə təkcə kommünikenin mətnində və rəsmi bəyanatlarda öz əksini tapması deyil, həm də pərdəarxası baş verənlər vacibdir.