KÜÇƏYƏ ATILAN KÖRPƏLƏR VƏ YA “FOKUS SİNDROMU”…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 1-də nənələri tərəfindən yol kənarına atılan 3 azyaşlı uşağını atıb gedən nənə,  eləcə də onların valideynləri cəmiyyət tərəfindən hiddətlə qarşılandı.  

İyulun 1-də nənələri tərəfindən yol kənarına atılan 3 azyaşlı uşağını atıb gedən nənə,  eləcə də onların valideynləri cəmiyyət tərəfindən hiddətlə qarşılandı. 

İsti hava şəraitinin tüğyan etdiyi bu vaxtlarda küçəyə 3 uşağın  atılması heç bir insani davranışa sığmır.  

Ailə müşaviri Zaur Tahirsoy deyir ki, bu hal xanımlarda “fokus sindromu” olmasını bir daha təsdiqləyir: 

“Fokus sindromu qadınlarda diqqət çatışmazlığından yaranır. Bu sindroma yaxalanan qadınlar uçurumdan yıxılan birinə bənzəyir ki, yıxılmamaq üçün ot-alaqdan yapışır. Amma bilmir ki, ot-alaq onu xilas etməyəcək. Qadının ülvi hislərinin iflic vəziyyətə düşməsi bu sindromun göstəricilərindəndir. Bu halın yaranması xanımların ya ata ya da ki, ər evində psixo-travma alması və diqqətdən kənar qalması ilə bağlıdır. Əlbəttə ki, heç bir hal qadının övladına bu cür yanaşmasına haqq qazandıra bilməz. Amma hər halda tətikləyici amilləri nəzərə almaq lazımdır. Təbii ki, müasir media təbliğatının da bu halın yaranmasına təsiri vardır. İnsanlar, xüsusən də qadınlar serial və filmlərdə təbliğ edilən “ideal kişi” və “ideal həyata” aldanırlar. Bunun üçün kişilər ailə mövzusunda ciddi şəkildə maariflənməlidirlər ki, belə hallar baş verməsin”. 

Jurnalist- sosioloq Lalə Mehralı deyir ki, birinci ailəsi dağılan, 3 uşağı ilə tək yaşayan, uşaqlara görə aliment ala bilməyən bir qadından söhbət gedir:

“Böyük ehtimalla çətinliyi çox olub, alimentsiz, köməksiz 3 körpəni böyütmək asan deyil. Lakin bütün bunlar ona 3 körpəsini anasının ümidinə qoyub, ərə getməyə imkan vermir. Hər canlı doğa, törəyə bilir, amma çox nadir hallarda hansısa heyvanın öz balasını atdığı, müdafiəsiz qoyduğunun şahidi oluruq. İnsan ağlı, dərrakəsi, düşüncəsi ilə ən ali varlıq hesab edilir, lakin bəzən o qədər vəhşilik törədir, amansızlıq edir ki, insan olduğumuzdan utanırıq. 3,5, 6 yaşında üç körpəsini ataraq, ərə gedən qadını alıb evinə xanım edən kişiyə də sözüm yoxdur. Canından, qanından 3 körpəyə qarşı bu amansızlığı edən biri necə həyat yoldaşı ola bilər ona? Sabah-birigün hamilə qalıb doğanda atdığı o 3 körpə onun yadından çıxacaqmı? 3 uşağa analıq etməyən 4-cü körpəyə fədakar anamı olacaq?”. 

L. Mehralı:“Əgər baxa bilmirsə, maddi və fiziki gücü yetmirsə, zəng etsin əlaqədar qurumlara, uşaqları təhvil versin, nəvə kimi sevmirsənsə, heç olmasa insanlıq xətrinə onların əmin-amanlıqda, təhlükəsizlikdə olmalarına səbəb ol. Aparıb 3 azyaşlını yolun kənarına atmaq nə deməkdir? Bu hansı vicdana, əxlaqa sığar? O körpələr yol kənarında nə edər? Bu istidə, dünyanın bu vəziyyətində bu nə davranışdır? Axı biz hər gün görürük efirdə, izləyirik azyaşlıya təcavüz barədə xəbərləri. Necə soyuqqanlı olmaq olar ki, anasının atdığı körpələri nənəsi aparsın yol kənarına qoysun?!Kobud səslənəcək bəlkə də, uşaqların anası ilə nənəsi arasında nə fərq oldu indi? İkisi də insanlıqdan kənar hərəkət etməyibmi?”.

Qeyd edək ki, körpəsini bilərəkdən küçəyə, zibilliyə atan valideynlər qəsdən adamöldürmə cinayəti ilə məsuliyyətə cəlb oluna bilər. Konstitusiyanın 34-cü maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etməyə və onların qayğısına qalmağa borcludurlar. Qanuna əsasən, valideynlərin öz övladlarından imtina etməsi proseduru nəzərdə tutulmayıb. Lakin müəyyən valideynlər var ki, onlar bu və ya digər səbəblərdən öz uşaqlarından imtina edirlər. Konkret uşağın hara və hansı şəraitdə atılmasından asılı olaraq valideynin məsuliyyəti ortaya çıxır və valideyn uşağı öldürmək istəməkdə ittiham oluna bilər. Çünki şüurlu şəkildə anlayır ki, köməksiz şəkildə qalan uşaq hər an ölüm təhlükəsi ilə üz-üzə qala bilər.

İlahə