Küçənin ortasında iki uşaq anası öldürüldübackend

Küçənin ortasında iki uşaq anası öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adananın Yumurtalık rayonunda Murat Doğru (55) evdən çıxan həyat yoldaşı Ayşe Doğrunu (52) küçənin ortasında daşla vurub.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, başından aldığı zərbələr nəticəsində xəsarət alan qadın dünyasını dəyişib.

Hadisə axşam saatlarında Dərvişiyyə məhəlləsində, Atatürk küçəsində baş verib. Murat Doğru bir müddət əvvəl ciddi fikir ayrılıqları səbəbindən evindən çıxan həyat yoldaşı, 2 uşaq anası Ayşe Doğru ilə küçənin ortasında rastlaşıb. Cütlük arasında evdən çıxmaq məsələsinə görə mübahisə düşüb.

Mübahisə böyüdükcə Doğru səkidən götürdüyü daşla həyat yoldaşını vurmağa başlayıb . Ətrafdakıların müdaxiləsi ilə ərinin hücumlarından xilas edilən qadın üçün sağlamlıq və polis qrupları çağırılıb. Ətrafdakıların linç etməyə cəhd etdiyi Murat Doğru polis tərəfindən saxlanılıb.