Küçədə vəhşicəsinə qətl, faciəvi olay…backend

Küçədə vəhşicəsinə qətl, faciəvi olay…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aytən Çağıran 2004-cü ildə Abdülkadir Kocaoğlu ilə ailə həyatı qurub. Lakin o, daim zorakılığa məruz qalıb. Keçən il evlilikləri dözülməz olanda boşandılar. O, 2 uşağını da özü ilə apararaq Antalyada özünə yeni həyat qurub.

Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, iyunun 19-da kimsə onun arxasınca düşüb.

Hər şeydən xəbərsiz həyatına davam edən Çağıran təqvim 22 iyunu göstərəndə həmin şəxslə qarşılaşıb. Ona 10 bıçaq zərbəsi vurularaq öldürülüb. Kölgələrdə gizlənən şəxsin kim olduğu ortaya çıxdı: Abdülkadir Kocaoğlu…

Afyonkarahisarın Dinar rayonunda islah məmuru işləyən Abdülkadir Kocaoğlu (48) Antalyaya gedərək keçmiş həyat yoldaşı Aytən Çağıranı (44) təqib etməyə başlayıb. Kocaoğlu ötən gün saat 19:00 radələrində yanacaqdoldurma məntəqəsinə doğru gedən Çağıranı görəndə onunla üz-üzə gəlib və danışmaq istəyib. Bu arada Kocaoğlu ilə Aytən Çağıran arasında mübahisə düşüb. Mübahisə zamanı Kocaoğlu yanında gəzdirdiyi bıçaqla əvvəlcə Çağıranın boğazını kəsib, daha sonra bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirib.

Qısa müddətdə hadisə yerinə gələn polis qrupları Abdülkadir Kocaoğlunu cinayət silahı ilə birlikdə saxlayıb. Həkim qrupları müayinə zamanı Çağıranın öldüyünü müəyyən ediblər. Aytən Çağıranın bədənində 10-dan çox bıçaq yarası olduğu müəyyən edilib. Kocaoğlu “qəsdən adam öldürmə” ittihamı ilə sövq edildiyi ədliyyədə həbs edilib.