Küçədə adam bıçaqlayan 10-cu sinif şagirdi imiş – Rəsmi – Yenilənib

Küçədə adam bıçaqlayan 10-cu sinif şagirdi imiş – Rəsmi – Yenilənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.

Tribunainfo Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb.

Orta məktəbin 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. sinif yoldaşı N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, oktyabrın 15-də dərsdən kənar vaxtda (saat 16:00 radələrində) məktəbdənkənar ərazidə 274 nömrəli məktəbin X sinif şagirdi tərəfindən (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 306 nömrəli məktəbin şagirdinin qardaşına xəsarət yetirilməsi haqqında məlumat daxil olub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.