Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin keçirdiyi tenderin nəticələri ləğv edilib. Tribunainfo.az xəbər verir ki, bununla bağlı Anti-İnhisar və İstehalk Bazarına Nəzarət Xidməti ötən həftə qərar verib.
Qərarda deyilir ki, Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi üçün pestisid və gübrələrin satınalınması prosesində qanun pozuntusu aşkarlanıb. Dəyəri 134.148,35 manat olan satınalma müqaviləsinin dayandırılmasına səbəb isə “DSövlət satınlamları haqqında” qanunun 36.1.1-ci maddəsinin tələblərinin icra olunmamasıdır.
Xatırladaq ki, bu KTN-in ləğv olunan ilk tenderi deyil. Bundan öncə də AİİBNX nazirliyin ayrı-ayrı strukturlarının qanunun tələblərini pozudqları üçün 10-dan artıq tenderinin nəticələrinə ləğv edib.