Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş Katibi general-polkovnik Yuri Xaçaturov 2008-ci il martın 1-də müxalifətin aksiyaları zamanı törədilən qətl hadisələri ilə bağlı cinayət işi çərçivəsində erməni müstəntiqləri tərəfindən şahid qismində dindirilməyə çağrılıb.
“Report”un məlumatına görə, bu barədə TASS-ın müxbirinə Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Yuri Xaçaturov dindirilməyə çağrılıb: “Sıx iş qrafiki səbəbindən, o, yalnız iyul ayının sonunda gələ biləcək”.
Qeyd edək ki, Y.Xaçaturov 2008-ci il martın 1-də Ermənistan Silahlı Qüvvələrinin Yerevan qarnizonunun komandiri olub, 2017-ci ildən isə KTMT-nin baş katibidir.