“Səudiyyə Ərəbistanı çempionatı MLS-dən güclüdür”.
Tribunainfo.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu “Metro” nəşrinə müsahibəsində deyib.
Portuqaliyalı hücumçu Lionel Messinin ABŞ təmsilçisi “İnter Mayami”yə keçidi ilə bağlı sualı cavablandırarkən çıxış etdiyi liqanın daha üstün olduğunu bildirib: “Səudiyyə Ərəbistanı liqasına keçdiyim üçün məni tənqid edirdilər. Bəs nə oldu? Bu çempionata yol açdım, indi bütün oyunçular bura gəlir. Bir ildən sonra bu liqa Türkiyə və ya Niderland çempionatını keçəcək”.
39 yaşlı forvard Avropaya qayıtmayacağını da sözlərinə əlavə edib: “Məncə, Avropa futbolu keyfiyyətini çox itirib. Orada digərlərindən daha yüksək səviyyədə olan yeganə çempionat İngiltərə Premyer Liqasıdır. Əminəm ki, daha Avropada oynamayacağam”.
Qeyd edək ki, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının son mövsümündə 16 oyunda 14 qol vurub, 2 məhsuldar ötürmə verib.