Dünyaca məşhur futbolçu Kristiano Ronaldo ilə sevgilisi Georgina Rodrigez arasında imzalandığı iddia edilən evlilik öncəsi müqavilənin şərtləri medianın gündəminə düşüb.
Tribunainfo.az Türkoyə mediasına istinadən xəbər verir ki, iddialara görə, müqavilə aşağıdakı maddələri əhatə edir:
Aylıq 121 min dollar ödəniş
5,6 milyon dollarlıq daşınmaz əmlak
Ömürlük pensiya – hər ay 110 min dollar
Uşaqlar üçün dəstək – ayda 500 min dollar
Yaşam tərzi xərcləri üçün ildə 2 milyon dollar
2 ədəd lüks avtomobil
İldə iki dəfə xaricdə tətil
Ayrılıq halında 50 milyon dollar təzminat
Hələlik tərəflərdən heç biri bu məlumatları rəsmi şəkildə təsdiqləməyib.
Gülşən Rəsul