Müxtəlif növ şərablar və spirtli içkilər istehsal edən “Kristall Plus” QSC barəsində icraat başladılıb.
Tribunainfo.az xəbər verir ki, QSC-yə protokol tərtib edilib. “Kristall Plus” İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 483-cü maddəsinin tələbini pozub.
Belə ki, “Kristal Plus” QSC xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, bu məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
QSC-nin işinə 22 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Anar Tanrıverdiyevin sədrliyi ilə baxılacaq.
Nigar