“Kristal Abşeron”un tikdiyi bina əyilib: Sakinlər təhlükə ilə üz-üzə – VİDEObackend

“Kristal Abşeron”un tikdiyi bina əyilib: Sakinlər təhlükə ilə üz-üzə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayonu “Qobu Park-2” yaşayış kompleksində 16 saylı binanın sakinləri təhlükə ilə üz-üzədirlər.

Bu barədə Oxu.Az-a həmin binanın sakinləri məlumat veriblər.

Bildirilib ki, binanın təməlinə su sızır, hər an təhlükə yaşana bilər:

“Binanın təməlinə su sızır. Bina önə doğru əyilib. Hər an təhlükə yaşana bilər. Bu hal daha öncə digər binalarda da yaşanıb. Qrunt suları özülə axır. Zəlzələ olsa, bina yerlə bir olacaq”.

Sakinlərin sözlərinə görə, binanın özülünə hazırda beton tökülür:

“Hazırda binanın özülünə beton tökülür. Guya təhlükəsizliyin qarşısını almağa çalışırlar. Əyilmiş binaya beton tökülməsi nə dərəcədə doğrudur?

“Sözügedən binada həyat əhəmiyyətli təhlükə yoxdur”.

Bu sözləri “Kristal Abşeron”un iş icraçısı Eldar Məmmədov bildirib.

O qeyd edib ki, sakinlərin şikayətinə səbəb olan bir problem yoxdur və onlar rahat şəkildə yaşaya bilərlər:

“Problem binanın altından keçən su xətləri ilə əlaqədi idi. Həmin xətlər artıq uzaqlaşdırılıb”.