“Kristal Abşeron”la bağlı şikayətlər artır, maraqlanan isə yoxdur… FOTO

“Kristal Abşeron”la bağlı şikayətlər artır, maraqlanan isə yoxdur… FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kristal Abşeron” tikinti şirkəti ilə bağlı gələn şikayətlərin ardı-arası kəsilmir. Vətəndaşların, sakinlərin narazılığına belə laqeyd yanaşılır, heç bir işə baxılmır.

Tribunainfo.az yazır ki, bu barədə marketoloq Şahnaz Əhmədova da yazıb. O bildirib ki, problemi ilə bağlı şikayətini bildirib, ancaq hələ də baxan və maraqlanan yoxdur:

“Bir aydan çoxdur “Kristal Abşeron” Yeni Günəşlidəki 2-ci məhəlləsindən SM səhifələrinə şikayət yazmışam. Deyirlər, məsul şəxsə ötürülüb. Özü də operativ cavab verirlər ha. Problemlər artıb, yeni problemlər meydana çıxıb bunlar hələ köhnə problemə baxmayıblar. Hər işləri yarımdır”.

Marketoloq bildirib ki, o binalardan ev alanlar tez müddətdə peşman olur və satmaq qərarına gəlir:

“Problemləri gördükcə hamı satmaq qərarına gəlir. “Kristal Abşeron” uzunmüddətli yaşanılacaq şərait yaratmır”.

Sözügedən binada yaşayan digər sakin Piriyev Məhəmməd isə bildirib ki, iki il öncə “Kristal Abşeron”un binalarından mənzil alıb və peşman olub:

“Bu cür məlumat postları daha əvvəllər paylaşılsaydı, biz də faydalanardıq. 7 aydır qaraj gözləyirəm”.

Qarşı tərəfin mövqeyini dərc etməyə çalışsaq da cəhdlərimuz uğursuz alındı.