“Forbes” jurnalı ilk dəfə kriptovalyuta milyaderlərinin reytinqini hazırlayıb.
Oxu.Az jurnala istinadən xəbər verir ki, virtual valyutadan sərvət qazananların siyahısında “Ethereum”un yaradıcısı Vitalik Buterin də daxil edilib.
Onun sərvətinin həcmi 400-500 milyon dollardır.
Siyahıya “Ripple” şəbəkəsinin rəhbəri Kris Larsen rəhbərlik edir. K.Larsenin sərvətinin həcmi 7-8 milyard dollardır.
İkinci sırada Cozef Lavin gəlir. Hansı ki, o, “Ethereum”un yaradılmasına kömək edib. Bu iş adamının sərvətinin həcmi 1-5 milyard dollar arasındadır.
Üçüncü sırada kriptovalyuta birjası – “Binance”nin yaradıcısı Çanpen Çjaonun adı qərarlaşıb. Onun sərvəti 1,1-2 milyard dollar arası dəyərləndirilib.
Teyler və Kemeron Uinklvoss qardaşları 900-1,1 milyard dollar sərvətləri ilə dördüncü sırada yer alırlar.