Samux rayonu İnstitut qəsəbə məktəbinə yeni direktor təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Natiq Əmirov gətirilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən xəbəri təsdiqləyiblər. N.Əmirov bu təyinata qədər Göygöl rayon Fəxrəddin İmamquliyev adına Yalqışlaq kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, daha əvvəl həmin məktəbdə keçirilən “Son zəng” tədbirində kriminal həyat tərzini təbliğ edən mahnının səsləndirilməsi barədə görüntülər yayılmışdı. Məktəbin məzunlarının müəllim heyəti ilə bu mahnının sədaları altında rəqs etməsi birmənalı qarşılanmamışdı.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən direktor Gülsəba Abbasova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. O, daha sonra məhkəməyə üz tutsa da, işə bərpa edilməyib.
Fotoda: Gülsəba Abbasova