Kriminal avtoritet “Dana Vüqar”ın qardaşı öldürüldü

Kriminal avtoritet “Dana Vüqar”ın qardaşı öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Şərurda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Tribunainfo.az  “Apa”ya istinadən xəbər verir ki, rayonun Yengicə kəndində qeydə alınan hadisəni törədən 1994-cü il təvəllüdlü Elvin Zaxarov qətlə yetirilən 1973-cü il təvəllüdlü Fariz Ağayevin yanında işləyib.

İlkin mübahisə pul üstündə düşüb. Mübahisə zamanı tərəflər bir-birlərinə söyüş söyüb. Daha sonra Elvin Zaxarov bıçaqla kənd meydanına gələrək Fariz Ağayevi qətlə yetirib.

Qətlə yetirilən Fariz Ağayev kriminal aləmdə “Dana Vüqar” kimi tanınan, məhkum olunmuş Vüqar Ağayevin qardaşıdır.