Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bölgənin fövqəladə xidmətindən bildiriblər.
“Bundan başqa, onlarla adam xəstəxanalara çatdırılıb”, – xidmətdən qeyd olunub.
****
Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Texnikumu binasında baş verən partlayış nəticəsində 10 nəfər həlak olub, 50-yə yaxın insan xəsarət alıb.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, binada qaz balonu partlayıb. Hadisə yerinə tibb işçiləri və xilasedicilər cəlb edilib.