Radar stansiyaları da zədələnib. Ümumilikdə 7 partlayış olub.
Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, Krımda Bastion sahil gəmi əleyhinə raket kompleksi (BRC) vurulub. Mariupol merinin müşaviri Pyotr Andryuşşenko işğal altındakı yarımadada “bayram” elan edib.
“Bastion” rusların Ukraynaya zərbə endirmək üçün istifadə etdiyi “Oniks” raketlərinin daşıyıcılarından biridir.
Andryuşenkonun sözlərinə görə, radiolokasiya stansiyaları da zədələnib. Ümumilikdə 7 partlayış olub.
Ukraynanın “Cənub” Könüllü Ordusunun spikeri Serhiy Bratçuk Telegram-da bildirib ki, Krımdakı Tarxankutdakı radar stansiyaları vurulub.